Trampdan Avropaya mesaj: Hörmüzə dəstək verin, Rusiyaya təzyiqi artırım
Tarix: 17-06-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

ABŞ Prezidenti Donald Trump Hörmüz boğazının təhlükəsizliyinin təmin olunması məsələsində Avropa müttəfiqlərinin dəstəyinə ehtiyac duyduğunu bildirib. Məlumata görə, Vaşinqton bu əməkdaşlıq müqabilində Ukrayna məsələsində daha fəal mövqe tutmağa və Rusiyaya qarşı təzyiqləri artırmağa hazır olduğunu nümayiş etdirib.
Fransada keçirilən G7 sammiti çərçivəsində aparılan müzakirələrdə İran ətrafında yaranmış vəziyyət və Rusiya-Ukrayna müharibəsi əsas gündəm mövzularından olub. Diplomatik mənbələrin məlumatına görə, Tramp müttəfiqlərlə danışıqlarda hər iki istiqamətin bir-biri ilə əlaqəli olduğunu vurğulayıb.
Nəşrin iddiasına əsasən, ABŞ lideri İranla bağlı əldə olunmuş mümkün razılaşmanın davamlılığını təmin etmək və Hörmüz boğazında təhlükəsizliyi qorumaq üçün Avropa ölkələrinin texniki və hərbi imkanlarından istifadə olunmasını vacib hesab edir.
Diplomatlardan birinin sözlərinə görə, Hörmüz boğazının minalardan təmizlənməsi və gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün ABŞ müttəfiqlərinin dəstəyinə ehtiyac duyur. Məhz bu səbəbdən Vaşinqtonla Avropa arasında yeni əməkdaşlıq formatının müzakirə olunduğu bildirilir.
Mənbələr qeyd edirlər ki, Tramp Avropa liderlərinə Ukraynaya dəstəyin davam etdirilməsi məsələsində daha konstruktiv mövqe nümayiş etdirəcəyini bildirib. Bu isə sammit iştirakçıları arasında müəyyən nikbinlik yaradıb.
Almaniya kansleri Friedrich Merz də mövzu ilə bağlı açıqlamasında ABŞ prezidenti ilə keçirilən görüşlərin müsbət təəssürat yaratdığını vurğulayıb. Onun sözlərinə görə, həm rəsmi, həm də qeyri-rəsmi müzakirələr gələcək əməkdaşlıq üçün müəyyən ümidlər formalaşdırır.
Analitiklər hesab edirlər ki, əgər tərəflər arasında bu istiqamətdə razılıq əldə olunarsa, bu, həm Yaxın Şərqdə təhlükəsizlik məsələlərinə, həm də Ukrayna müharibəsi ilə bağlı beynəlxalq səylərə təsir göstərə bilər.
Bununla belə, ekspertlər qeyd edirlər ki, hələlik söhbət rəsmi sazişdən deyil, diplomatik müzakirələr və ilkin siyasi niyyətlərdən gedir. Yekun qərarların isə qarşıdakı danışıqlardan sonra formalaşacağı gözlənilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2026