YAP Zəngilan rayon təşkilatında 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib -Fotolar
Tarix: 17-06-2026 | Saat: 16:00
Bölmə:Ölkə | çapa göndər

İyunun 17-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Zəngilan Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib.
aia.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin direktoru Ceyran Abbasova və digərləri 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə səhiyyə işçilərini təbrik edərək, onların cəmiyyətin sağlamlığının qorunmasında oynadıqları mühüm rolu xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin rəhbərliyi dövründə səhiyyə sisteminin möhkəmləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyə infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Qeyd olunub ki, bu siyasət bu gün də uğurla davam etdirilir və ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir, müasir xəstəxanalar və tibb müəssisələri tikilərək vətəndaşların istifadəsinə verilir. Əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması, səhiyyə infrastrukturunun yenilənməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən sosial və humanitar layihələrin ölkə səhiyyəsinin inkişafına mühüm töhfələr verdiyi qeyd edilib.
Natiqlər tibb işçilərinin pandemiya dövründə və digər çətin mərhələlərdə göstərdikləri fədakarlığı yüksək qiymətləndirərək, onların peşəkarlığının və insan sağlamlığına xidmət missiyasının cəmiyyət tərəfindən hər zaman böyük ehtiramla qarşılandığını bildiriblər.
Sonda səhiyyə sahəsində çalışan bütün əməkdaşlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni uğurlar arzulanıb, onların ölkəmizin inkişafı və xalqımızın sağlamlığının qorunması naminə bundan sonra da əzmlə çalışacaqlarına əminlik ifadə olunub.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin Azərbaycanda tibb sahəsinin inkişafındakı xidmətlərinə dair videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində bir sıra tibb işçiləri səmərəli fəaliyyətlərinə görə YAP Zəngilan rayon təşkilatının, Zəngilan Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsinin və Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının fəxri fərmanları ilə təltif olunublar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2026
15:07 "Anam çox mehribandır"