Mobil versiya
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
Tarix: 17-06-2026 | Saat: 16:32
Bölmə:Şou-biznes | çapa göndər

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təşəkkür edib.

aia.az-ın məlumatına görə, Xalq artisti bununla bağlı sosial şəbəkədə payıaşım edib.

"Səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı.

Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.

Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram", - Flora Kərimova qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-06-2026