Mobil versiya
Türkiyə çimərliyində PUA həyəcanı
Tarix: 20-06-2026 | Saat: 16:28
Bölmə:Dünya | çapa göndər

Türkiyə çimərliyində PUA həyəcanı


Türkiyənin Qara dəniz sahilində yerləşən Amasra rayonunun Çakraz çimərliyində son beş gün ərzində artıq ikinci dəfə pilotsuz uçuş aparatı (PUA) tapılıb.

aia.az xəbər verir ki, yerli medianın yaydığı məlumata görə, dalğalar naməlum dronu sahildəki qumluğa çıxarıb və hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına xəbər verilib. Əraziyə gələn jandarmeriya əməkdaşlarının apardığı ilkin araşdırmalar zamanı məlum olub ki, PUA-nın üzərində hər hansı bir döyüş başlığı və ya sursat yoxdur. Konstruksiyanın tamamilə penoplastdan (köpük plastik) hazırlandığı, dəniz suyunda uzun müddət qaldığı üçün ciddi şəkildə zədələndiyi və yararsız hala düşdüyü müəyyən edilib. Tapılan aparatın mənşəyini və təyinatını dəqiq müəyyənləşdirmək məqsədilə o, geniş ekspertiza aparılması üçün paytaxt Ankaraya göndərilib.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl – iyunun 14-də eyni Qara dəniz sahil xəttində analoji konstruksiyaya malik bir pilotsuz təyyarə tapılmışdı. Həmin vaxt hüquq-mühafizə orqanları təhlükəsizlik tədbirləri çərçivəsində sahildə dincələn bütün turistləri və yerli sakinləri dərhal ərazidən təxliyə etmişdilər. Çimərliklərə ard-arda naməlum dronların vurması bölgədə təhlükəsizlik nəzarətinin gücləndirilməsinə səbəb olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2026