Mobil versiya
Paşinyanın yeni kələyi: Zəngəzur dəhlizi əvəzinə “Sülh kəsişməsi”
Tarix: 20-06-2026 | Saat: 14:00
Bölmə:Ölkə | çapa göndər

Paşinyanın yeni kələyi: Zəngəzur dəhlizi əvəzinə “Sülh kəsişməsi”


“İranla ABŞ arasında razılaşmanın imzalanması beynəlxalq siyasətdə yeni suallar doğurub. İlk baxışda optimizm və sabitlik vəd edən bu sənəd əslində daha çox qeyri-müəyyənlik yaradıb. Ermənistan prizmasından baxdıqda isə diqqət əsasən TRIPP(“Tramp yolu”) proqramına yönəlir”.

Bu barədə aravot.am yazır. Nəşr xatırladır ki, rəsmi İrəvan və Vaşinqton bu layihə üzrə çərçivə sazişini parlament seçkilərinə cəmi bir neçə gün qalmış İrəvan aeroportunda imzalamışdı. “Bu addım o zaman müəyyən tələskənlik təsiri bağışlayırdı və belə görünürdü ki, ABŞ seçkilərin nəticələrindən əvvəl prosesi sürətlə yekunlaşdırmağa çalışır. Lakin İran–ABŞ razılaşmasının gündəmə gəlməsi bu tələskənliyə yeni izah verir. Belə görünür ki, Vaşinqtonun əsas məqsədi Ermənistanın daxili siyasi vəziyyətindən çox, İranla aparılan danışıqlar fonunda regiondakı mövqelərini möhkəmləndirmək olub. Təsadüfi deyil ki, Tehran TRIPP layihəsinə açıq şəkildə mənfi yanaşırdı. Hələ ötən ilin dekabrında İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti bu layihəni sərt tənqid etmişdi. Bu isə göstərir ki, İran–ABŞ danışıqları dolayısı ilə də olsa, TRIPP-in gələcəyinə təsir edib”-nəşr yazır.Erməni nəşrinə görə, yeni geosiyasi reallıq fonunda Ermənistanın mövqeyində də dəyişiklik hiss olunur: “Baş nazir Nikol Paşinyan son açıqlamalarında artıq TRIPP-dən deyil, “Sülh kəsişməsi” təşəbbüsündən danışır. Bu isə diqqətçəkicidir, çünki 2025-ci ilin 8 avqustunda Vaşinqtonda TRIPP üzrə üçtərəfli bəyanatdan sonra İrəvan bu ideyanı demək olar ki, gündəmdən çıxarmışdı. Paşinyanın “Sülh kəsişməsi”ni yenidən önə çəkməsi təsadüfi deyil. Bu təşəbbüs daha çevik və inklüziv xarakter daşıyır, həmçinin İranın maraqları ilə daha uyğun görünür. Beləliklə, Ermənistan həm ABŞ-la münasibətləri qorumağa, həm də Tehranla ziddiyyətə girməməyə çalışır”.Nəşr onu da yada salır ki, Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bu təşəbbüsü açıq şəkildə tənqid etmiş və onun real perspektivlərinin olmadığını vurğulayıb: “Bütün bunların fonunda əsas sual yaranır: Ermənistan TRIPP layihəsindən geri çəkilməyə çalışırmı? Ekspertlərin fikrincə, İrəvanın məqsədi birbaşa imtina deyil. Daha çox ehtimal olunur ki, Ermənistan dəyişən geosiyasi şərtlərdən istifadə edərək prioritetlərini yenidən formalaşdırmağa çalışır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə