Qurban Qurbanov yeni transferlərdən danışdı
Tarix: 20-06-2026 | Saat: 22:41
Bölmə:İdman | çapa göndər

"Hələ bir neçə mövqeyə oyunçular lazımdır”.
"aia.az" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Zirə" (4:3) ilə yoxlama oyunundan sonra deyib.
Mütəxəssis komandanın hazırkı durumunu dəyərləndirib:
“Bəlkə də bir yerdə hazırlaşmaq üçün daha çox vaxt lazım idi. Bir neçə yoldaşlıq oyunu əlavə etsəydik, daha yaxşı olardı. Amma gedənlərə və yeni gələnlərə baxmayaraq, təcrübəli oyunçularımız var. İnanıram ki, ilk oyuna yaxşı qrup formasında çıxa biləcəyik”.
Qurbanov komandada müəyyən çatışmazlıqların olduğunu bildirib:
“Çalışacağıq ki, bəzi çatışmazlıqları aradan qaldıraq. Amma yeni komanda formalaşır, buna görə müəyyən çatışmazlıqlar ola bilər. Biz belə hallara hazır olmalıyıq. İnanıram ki, qısa zamanda bunu aradan qaldıra biləcəyik”.
Baş məşqçi transfer çalışmaları barədə də danışıb:
“Say olaraq deyə bilmərəm, amma mövqe olaraq hələ bir neçə oyunçuya ehtiyacımız var. Hazırda gələn futbolçuların durumu pis deyil. Uyğunlaşmaq üçün bir az vaxta ehtiyacları ola bilər. Demək olar ki, hər mövqeyə oyunçu ilə danışıqlarımız gedir. Müdafiə, orta xətt və hücum xətti üçün futbolçularla danışıqlar aparılır. Bunu mütləq etməliyik”.
Qurbanov “Qarabağ”ın avrokubok hədəflərindən də bəhs edib:
“Hədəfimiz eyni qalır. Maksimumu əldə etmək istəyirik. Ən azından Avropa Liqasının qrup mərhələsində iştirak etmək istəyirik. Bunun üçün komandamızı quracağıq”.
Mütəxəssis akademiya və ikinci komandadan dəvət olunan futbolçuların çıxışından razı qaldığını da bildirib:
“Maraqlı uşaqlar var. Böyük ehtimalla bizimlə daha çox qalacaqlar. Çox istərdim ki, tez bir zamanda formalaşsınlar və əsas komandanın üzvləri olsunlar. Razı qaldığım bir neçə futbolçu var”.
Qeyd edək ki, “Qarabağ” yoxlama oyununda “Zirə”yə 4:3 hesabı ilə qalib gəlib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-06-2026