Mobil versiya
Brüsseldən Rusiya ilə bağlı Ankara QARŞISINDA TƏLƏB
Tarix: 20-06-2026 | Saat: 19:43
Bölmə:Dünya | çapa göndər

Brüsseldən Rusiya ilə bağlı Ankara QARŞISINDA TƏLƏB


Avropa İttifaqı (Aİ) yeni müqavilələr çərçivəsində Türkiyədən Aİ ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürəcək.

"aia.az" xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ankaraya rəsmi səfərinin yekunlarına dair bəyanatla çıxış edib.

Nazirin sözlərinə görə, rəsmi Ankara Brüsselin bu mövqedə qəti olduğunu anlayır.

“Bloomberg” agentliyi Katerina Rayxenin bu fikirlərini sitat gətirib: “Türkiyə Aİ-nin Rusiya xammalından imtina etməyə böyük önəm verdiyini başa düşür və bu reallığı qəbul edir”.

Bununla belə, almaniyalı nazir Türkiyə rəsmilərinin məsələyə real yanaşmasını da diqqətə çatdırıb.

Ankara Rusiya qazının digər mənbələrlə əvəzlənməsinin qısa müddətdə mümkün olmadığını bəyan edib. Türkiyə tərəfi həm iqtisadi baxımdan, həm də mövcud resursların həcmi nöqteyi-nəzərindən Rusiya qazından birdən-birə imtina etməyin qeyri-real olduğunu bildirib.

Xatırladaq ki, Türkiyə 2022-ci ildə Rusiyanın "Qazprom" şirkətindən ən çox qaz alan ikinci ölkə olub. Hazırda Ankara ilə Moskva arasında 2026-cı ildən sonrakı dövr üçün qaz tədarükünə dair danışıqlar aparılır, çünki mövcud müqavilələrin müddəti başa çatmaqdadır. Türkiyənin energetika naziri Alparslan Bayraktar qeyd edib ki, tərəflər hələlik nə mümkün tədarük həcmləri, nə də yeni sazişlərin müddəti barədə yekun razılığa gəlməyiblər. ABŞ və Aİ-nin təzyiqləri fonunda Ankaranın necə bir balanslaşdırılmış siyasət yürüdəcəyi isə hələlik sual altındadır.(musavat.com)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2026