Mobil versiya
"Yer kürəsini qorumaq üçün Ayda yaşamalıyıq"
Tarix: 21-06-2026 | Saat: 11:00
Bölmə:Dünya | çapa göndər

"Yer kürəsini qorumaq üçün Ayda yaşamalıyıq"


Amazonun qurucusu və Ceff Bezos hesab edir ki, gələcəkdə bəşəriyyətin bir hissəsi Ayda və kosmosdakı yaşayış məntəqələrində məskunlaşmalıdır.

"aia.az" xəbər verir ki, onun fikrincə, Yer kürəsi yaşayış və təbiətin qorunması üçün saxlanılmalı, ağır sənaye və enerji tutumlu istehsal isə tədricən kosmosa köçürülməlidir.

Bezos bildirib ki, uzunmüddətli perspektivdə trilyonlarla insanın kosmosda yaşaması mümkün ola bilər. O hesab edir ki, bu yanaşma həm əhalinin artımı, həm də resurs tələbatı fonunda Yerə düşən yükü azaldacaq.

Layihələrin həyata keçirilməsində onun kosmik şirkəti Blue Origin mühüm rol oynaya bilər.

Qısacası, Bezosun ideyası budur: Yer təbiət və yaşayış üçün qorunsun, sənaye isə gələcəkdə Ay və kosmosdakı koloniyalara köçürülsün.(lent.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə