Mobil versiya
Kir Starmer sabah istefa verə bilər
Tarix: 21-06-2026 | Saat: 11:19
Bölmə:Dünya | çapa göndər

Kir Starmer sabah istefa verə bilər


Böyük Britaniyanın Baş naziri Kir Starmerin hakim Leyboristlər Partiyası deputatlarının etimadını itirməsi səbəbindən iyunun 22-də istefasını açıqlaya biləcəyi iddia olunur.

"aia.az" xəbər verir ki, bu barədə "The Observer" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kir Starmer Nazirlər Kabinetinin üzvləri, müşavirləri, həmkarlar ittifaqlarının rəhbərləri və Leyboristlər Partiyasının donorları ilə apardığı müzakirələrdən sonra artıq Dauninq-strit 10 ünvanındakı Baş nazir ofisində fəaliyyətini davam etdirə bilməyəcəyi qənaətinə gəlib.

Nəşr bildirir ki, Starmer gələn həftə, hətta iyunun 22-də istefa qərarını açıqlaya bilər. O, hakimiyyətin nizamlı şəkildə təhvil verilməsini təmin etmək üçün vəzifədən ayrılmasının vaxt çərçivəsini də müəyyənləşdirəcək.

Qəzetin yazdığına görə, Kir Starmerin Leyboristlər Partiyasının qurultayından əvvəl, sentyabr ayında rəsmi olaraq vəzifəsini tərk etməsi ehtimal edilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə