""Ford" və "General Motors" silah istehsalına başlaya bilərlər" - Tramp
Tarix: 23-06-2026 | Saat: 09:12
Bölmə:Dünya | çapa göndər

Amerikanın “Ford” və “General Motors” şirkətləri, eləcə də digər avtomobil istehsalçıları yaxın vaxtlarda ABŞ Silahlı Qüvvələrini gücləndirmək məqsədilə silah istehsalına cəlb oluna bilərlər.
aia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Tramp qeyd edib ki, sözügedən şirkətlərlə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə olunur və yaxın günlərdə ABŞ-nin iri silah istehsalçılarının nümayəndələri ilə görüş planlaşdırılır.
“Biz ölkə daxilində çoxlu fabriklər tikirik. Onlar “General Motors” və “Ford” ilə danışıqlar aparırlar. Bildiyimə görə, “General Motors” bu istiqamətdə çox maraqlıdır və bir neçə zavodu yenidən istifadəyə verə bilər. Biz “Tomahawk” da daxil olmaqla “Patriot” sistemləri və digər silahların istehsalını genişləndirəcəyik”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, bəzi avtomobil şirkətləri mövcud istehsal imkanlarından istifadə edərək raketlərin, xüsusilə də “Patriot” sistemləri üçün komponentlərin istehsalına dair müqavilələr bağlaya bilərlər.
“Bizdə kifayət qədər silah var, amma biz həmişə daha böyük ehtiyata sahib olmağı təmin etmək istəyirik”, – deyə o qeyd edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər