Azərbaycan və Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır - DEPUTAT
Tarix: 23-06-2026 | Saat: 10:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ortaq köklərə, tarixə, dəyərlərə malik Azərbaycan və Türkmənistan uzun illər Sovet İttifaqının tərkibində ittifaq respublikaları kimi fəaliyyət göstərib, müstəqillik əldə etdikdən sonra isə ikitərəfli münasibətlərin formalaşdırılmasına başlayıblar. Türkmənistan Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb və həmin dövrdən etibarən dövlətlərarası əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb.
Bunu mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, deputat Azər Badamov söyləyib.
O bildirib ki, münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin Türkmənistana səfərləri xüsusi rol oynayıb. Sonrakı dövrdə dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq platformalarda əməkdaşlıq və imzalanan sənədlər siyasi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib. Bu gün iki ölkə arasında 120-dən artıq sənəd qüvvədədir. Xüsusilə 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin yüksək səviyyəsini təsdiqləyən əsas sənədlərdən biridir.
Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirak edir, eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq platformalarına qoşularaq region dövlətləri ilə əlaqələrini daha da genişləndirib.
İki ölkə beynəlxalq platformalarda daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun işğaldan azad edilmiş ərazilərə səfəri və Füzulidə məscid kompleksinin təməlqoyma mərasimində iştirakı münasibətlərin yüksək səviyyəsinin göstəricilərindən biridir.
"Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq da dinamik inkişaf edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir.
Azərbaycan və Türkmənistan qədim "İpək yolu"nun üzərində yerləşərək Şərq–Qərb nəqliyyat dəhlizinin əsas iştirakçıları kimi çıxış edirlər. Türkmənbaşı limanına daxil olan yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına daşınır, daha sonra isə Bakı–Tbilisi–Qars dəmir yolu ilə Avropa istiqamətində nəql edilir.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq perspektivli istiqamətlərdən biridir. Bakı–Tbilisi–Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin artırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasına malik olması Türkmənistan üçün yeni tranzit imkanları yaradır. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını daha da asanlaşdıra bilər", - deyə A. Badamov vurğulayıb.
Deputat əlavə edib ki, enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biridir. Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşmaların əldə olunması və uzun illər mübahisə mövzusu olmuş neft yatağının “Dostluq” adlandırılması iki ölkə arasında etimadı daha da gücləndirib. Bu yatağın birgə işlənməsi və hasil ediləcək enerji resurslarının beynəlxalq bazarlara çıxarılması əməkdaşlığın mühüm istiqamətlərindəndir.
Türkmənistan dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələrdən biridir. Bu baxımdan türkmən qazının Azərbaycan vasitəsilə Avropaya nəql olunması məsələsi xüsusi aktuallıq daşıyır. Hazırda Xəzər dənizinin dibi ilə yeni qaz kəmərinin çəkilməsi və Türkmənistan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çatdırılması imkanları müzakirə edilir. Layihənin reallaşması regionun enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər.
Bununla yanaşı, Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında “Yaşıl dəhliz”, rəqəmsal infrastruktur və fiber-optik xətlərin yaradılması istiqamətində əməkdaşlıq genişlənir. Bu layihələr regionun iqtisadi inteqrasiyasını sürətləndirməklə yanaşı, yeni texnoloji imkanlar da formalaşdıracaq.
Bu baxımda da Azərbaycan və Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, eləcə də mədəni-humanitar əlaqələr münasibətlərin əsas sütunlarını təşkil edir. Mövcud potensial və qarşılıqlı siyasi iradə nəzərə alınarsa, yaxın illərdə əməkdaşlığın daha da genişlənəcəyi və yeni mərhələyə yüksələcəyi gözlənilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-06-2026