Azərbaycan–Türkmənistan münasibətləri yeni mərhələ qədəm qoyur - Əli Hüseynli
Tarix: 23-06-2026 | Saat: 11:55
Bölmə:Siyasət | çapa göndər

Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri Bakı-Aşqabad münasibətlərinin inkişafında mühüm hadisə kimi qiymətləndirilə bilər. Belə ki, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər və dövlət başçılarının mətbuata bəyanatları iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti arasında aparılan danışıqlar siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat-logistika əməkdaşlığının və enerji tərəfdaşlığının daha da genişləndirilməsinə yönəlmişdir.
Bu hadisə tarixi və strateji yaxınlığın möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir. Mətbuat üçün bəyanatında ölkəmizin rəhbəri Azərbaycan və Türkmənistan münasibətlərinin möhkəm tarixi, mədəni və etnik köklərə əsaslandığını vurğuladı. O qeyd etdi ki, xalqlarımızı ortaq dil, din, mədəniyyət və ənənələr birləşdirir və bu amillər dövlətlərarası münasibətlərin inkişafı üçün etibarlı zəmin yaradır. Prezident Azərbaycanın Türkmənistanın daimi neytrallıq siyasətini həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bəyan etdi. Bu yanaşmanın Xəzər hövzəsində sabitliyin və qarşılıqlı etimadın qorunması baxımından xüsusi önəmi vardır. Son illərdə iki ölkə arasında siyasi münasibətlərin intensivləşməsi regionda əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaratmışdır.
Bakıda keçirilən təkbətək və geniş tərkibli görüşlər zamanı aparılan danışıqların əsas istiqamətlərini siyasi əlaqələr, ticarət-iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, sənaye, humanitar sahələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti təşkil edir. Prezident İlham Əliyev xüsusilə nəqliyyat və logistika əməkdaşlığının uzunmüddətli xarakter daşıdığını vurğulayaraq, Azərbaycan və Türkmənistanın Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafında mühüm rol oynadığını bildirmişdir.
Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, liman infrastrukturlarının əlaqələndirilməsi və Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə olunması danışıqlarda ön plana çıxan məsələlərdən biridir. Bu istiqamət həm regional iqtisadi inteqrasiyaya, həm də Avrasiya məkanında tranzit potensialının artırılmasına xidmət edir.
Səfər zamanı Azərbaycan və Türkmənistan arasında imzalanmış sənədlər əməkdaşlığın hüquqi bazasının genişlənməsi üçün mühüm təməl rolunu oynayır. Həmin gün ən müxtəlif sahələri əhatə edən mühüm sənədlər mübadilə olunmuşdur. Bundan əlavə, Sənaye əməkdaşlığı üzrə 2026–2028-ci illər proqramı, Xarici İşlər nazirlikləri arasında 2026–2029-cu illər üzrə əməkdaşlıq proqramı da rəsmi səviyyədə razılaşdırılmışdır. Bu sənədlər iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, həm də iqtisadi və sosial-humanitar müstəvidə sistemli şəkildə inkişaf etdirilməsini hədəfləyir.
Səfərin diqqət çəkən istiqamətlərindən biri enerji sahəsidir. Çünki Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm enerji istehsalçıları kimi regional və beynəlxalq enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayırlar. İmzalanmış enerji əməkdaşlığı sazişi gələcəkdə neft-qaz layihələri, enerji infrastrukturu və enerji daşıyıcılarının ixracı üzrə qarşılıqlı fəaliyyət imkanlarını genişləndirə bilər.
Türkmənistana hədiyyə edilən “Dostluq” tankerinin təqdimat mərasiminin keçirilməsi iki ölkənin enerji və nəqliyyat sahəsində tərəfdaşlığının rəmzi kimi qiymətləndirilir.
Danışıqların məzmununda humanitar əməkdaşlıq məsələləri də xüsusi yer tutur. Təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində imzalanan sənədlər xalqlar arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxışında Azərbaycan və Türkmənistan xalqlarını əsrlər boyu formalaşmış dostluq, qohumluq və ortaq mənəvi dəyərlərin birləşdirdiyini vurğulamış, iki ölkə arasında əməkdaşlığın uzunmüddətli maraqlara xidmət etdiyini bildirmişdir.
Beləliklə, 22 iyun 2026-cı il tarixli Bakı görüşü Azərbaycan–Türkmənistan münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İmzalanmış sənədlərin miqyası, müzakirə olunan məsələlərin geniş spektri və dövlət başçılarının verdiyi mesajlar göstərir ki, tərəflər münasibətləri daha yüksək səviyyəyə qaldırmaq əzmindədirlər. Şübhə yoxdur ki, bütün istiqamətlər üzrə əməkdaşlığın dərinləşməsi həm iki ölkənin milli maraqlarına, həm də Xəzər regionunda sabitlik və inkişafın möhkəmlənməsinə xidmət edəcək. Bu baxımdan, Türkmənistanın dövlət başçısının ölkəmizə dövlət səfəri Bakı-Aşqabad tərəfdaşlığının gələcək perspektivlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi tarixə düşür.
Əli Hüseynli
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər