Mobil versiya
Avtomobildən raketə: ABŞ hərbi istehsalda yeni mərhələyə keçir
Tarix: 23-06-2026 | Saat: 14:37
Bölmə:Özəl | çapa göndər

Avtomobildən raketə: ABŞ hərbi istehsalda yeni mərhələyə keçir




ABŞ Prezidenti Donald Tramp ölkənin aparıcı avtomobil istehsalçılarının yaxın gələcəkdə müdafiə sənayesi üçün məhsul istehsalına cəlb oluna biləcəyini açıqlayıb.

Trampın sözlərinə görə, ABŞ-ın məşhur avtomobil nəhəngləri olan “Ford” və “General Motors”, eləcə də digər sənaye şirkətləri bəzi istehsal güclərini hərbi təyinatlı məhsulların hazırlanmasına yönəldə bilər. Söhbət xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər, “Tomahawk” qanadlı raketləri və digər strateji silahların istehsalından gedir.

ABŞ lideri bildirib ki, iyunun 24-də ölkənin ən böyük müdafiə sənayesi şirkətlərinin nümayəndələri ilə görüş keçirməyi planlaşdırır. Həmin görüşdə hərbi istehsalın genişləndirilməsi və sənaye potensialının artırılması məsələləri müzakirə olunacaq.

“Ölkənin hər yerində çoxlu fabrik tikirik. Onlar “General Motors” və “Ford”la danışıqlar aparırlar. Amma bilirəm ki, “General Motors” hazırda silah biznesindən olduqca məmnundur. Onların yenidən profilləşdirilməsi planlaşdırılan bir neçə zavodu var. Biz “Patriot”, “Tomahawk” və daha çox silah istehsal edəcəyik”, – deyə Tramp vurğulayıb.

Müşahidəçilərin fikrincə, bu addım ABŞ-ın müdafiə sənayesinin istehsal gücünü artırmaq və qlobal təhlükəsizlik çağırışlarına daha çevik cavab vermək strategiyasının bir hissəsidir. Avtomobil sənayesinin geniş texnoloji və istehsal imkanlarının hərbi sektora inteqrasiyası ölkənin silah istehsalında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, iri avtomobil zavodlarının hərbi məhsul istehsalına uyğunlaşdırılması ABŞ-ın müdafiə sifarişlərinin daha sürətli yerinə yetirilməsinə, həmçinin strateji ehtiyatların artırılmasına imkan yarada bilər. Bu isə qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda Vaşinqtonun müdafiə siyasətində yeni prioritetlərin formalaşdığını göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-06-2026