Azərbaycan-Türkmənistan münasibətləri: etimad və strateji tərəfdaşlıq nümunəsi
Tarix: 23-06-2026 | Saat: 18:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan və Türkmənistan xalqları əsrlər boyu ortaq tarixi köklər, dil, mədəniyyət, adət-ənənələr və mənəvi dəyərlərlə bir-birinə bağlı olub. Eyni etnik-mədəni mənsubluq, ortaq tarixi yaddaş və Türk dünyasının ayrılmaz parçası olmaq iki xalq arasında münasibətlərin möhkəm təməlini formalaşdırıb. Bu gün Azərbaycan-Türkmənistan münasibətləri məhz bu möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi yaxınlıq üzərində inkişaf edir. Müstəqilliklərini bərpa etdikdən sonra bu qardaşlıq əlaqələri dövlətlərarası əməkdaşlıq müstəvisində daha da güclənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri münasibətlərimizin yüksələn xətt üzrə inkişafının növbəti təsdiqi olmaqla yanaşı, strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə siyasi, iqtisadi, enerji, nəqliyyat, sənaye, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olundu. Səfərin ən mühüm nəticələrindən biri iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlərin imzalanması oldu. Bu sənədlər Azərbaycan-Türkmənistan əməkdaşlığının hüquqi bazasını daha da möhkəmləndirərək münasibətləri yeni inkişaf mərhələsinə çıxarır və gələcək birgə fəaliyyət üçün strateji yol xəritəsi rolunu oynayır. İmzalanan razılaşmalar ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi, sənaye kooperasiyasının inkişafı, eləcə də humanitar və mədəni sahələrdə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sənədlər yalnız mövcud əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə deyil, həm də yeni birgə layihələrin reallaşdırılmasına, qarşılıqlı investisiya axınının genişlənməsinə və regional inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq artıq uzunmüddətli və strateji xarakter daşıyır. Xüsusilə nəqliyyat-logistika sahəsində formalaşan tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, daha geniş coğrafiya üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil”. Bu baxımdan Azərbaycan və Türkmənistanın Orta Dəhlizin inkişafına verdiyi töhfələr Avrasiya məkanında yeni iqtisadi imkanlar yaradır, regionun nəqliyyat və logistika potensialını gücləndirir.
İki qardaş ölkə arasında münasibətlərin mühüm istiqamətlərindən biri mədəni-humanitar əməkdaşlıqdır. Son illər qarşılıqlı mədəni tədbirlərin keçirilməsi xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Mütəmadi olaraq yaradıcı kollektivlərin çıxışları təşkil olunur, mədəniyyət xadimləri qarşılıqlı səfərlər həyata keçirirlər. Bu ilin əvvəlində həm Aşqabadda, həm də Arkadağ şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında mühüm hadisə oldu. Ötən il isə Türkmənistanın mədəniyyət xadimləri Bakıda və Gəncədə keçirilən Türkmənistan Mədəniyyəti Günlərində iştirak edərək xalqlarımız arasında mədəni körpülərin daha da möhkəmlənməsinə töhfə verdilər.
Münasibətlərimizin inkişafında şəhərlərarası əməkdaşlıq da xüsusi yer tutur. Bakı və Aşqabadın, eləcə də Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşması xalqlarımız arasında dostluq münasibətlərinin rəmzi olmaqla yanaşı, praktiki əməkdaşlığın genişlənməsinə də şərait yaradır. Bu təşəbbüslər iqtisadi, mədəni və humanitar sahələrdə yeni imkanlar açaraq iki ölkə arasında birliyin və qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir.
İki qardaş ölkə arasında münasibətlərin xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri də qarşılıqlı dəstək və həmrəylikdir. Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib, işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə öz töhfəsini verib. Füzuli şəhərində inşa olunan məscid bu qardaşlığın və mənəvi bağlılığın simvolu kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da öz növbəsində Türkmənistanın beynəlxalq təşəbbüslərini, o cümlədən neytrallıq siyasətini ardıcıl şəkildə dəstəkləyir.
Bu gün Azərbaycan-Türkmənistan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu əlaqələr Türk dünyasının birliyinə, regional sabitliyə, enerji təhlükəsizliyinə və nəqliyyat-kommunikasiya layihələrinin inkişafına xidmət edən mühüm strateji tərəfdaşlıq modelinə çevrilib. Ölkələrimiz əməkdaşlığı konkret məzmunla zənginləşdirməyə, qarşılıqlı fəaliyyəti daha da dərinləşdirməyə və yeni istiqamətlər üzrə genişləndirməyə davam edirlər. İmzalanan sənədlər və əldə olunan razılaşmalar isə Azərbaycan-Türkmənistan münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyini, strateji tərəfdaşlığın isə yeni və daha yüksək mərhələyə yüksələcəyini nümayiş etdirir. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər