Peskovdan Londona istehzalı mesaj: “25 ilə Britaniyada neçə baş nazir dəyişəcək, bilinmir”
Tarix: 24-06-2026 | Saat: 21:21
Bölmə:Özəl | çapa göndər

Kremlin sözçüsü Dmitry Peskov Böyük Britaniyanın siyasi vəziyyəti ilə bağlı istehzalı açıqlama verərək rəsmi Londonu hədəfə alıb.
Jurnalistlərin uzunmüddətli geosiyasi proseslər və iki ölkə arasındakı münasibətlərlə bağlı suallarını cavablandıran Peskov bildirib ki, hazırda müzakirə olunan bir çox məsələlərin nəticələri yalnız gələcək nəsillər tərəfindən qiymətləndirilə biləcək.
“Söhbət əsrin ortalarından gedir. Bu isə təxminən 25 il sonrakı dövrdür. Bu müddət bütöv bir nəsil deməkdir. Ona görə də bu gün aparılan müzakirələrin yekun nəticələrini, yəqin ki, biz deyil, növbəti nəsil çıxaracaq”, – deyə Kremlin nümayəndəsi bildirib.
Peskov daha sonra Böyük Britaniyada son illərdə müşahidə olunan hökumət dəyişikliklərinə eyham vuraraq Londona növbəti dəfə tənqidi münasibət sərgiləyib.
Onun sözlərinə görə, qarşıdakı 25 il ərzində Böyük Britaniyada neçə baş nazirin dəyişəcəyini proqnozlaşdırmaq belə çətindir.
“Biz hətta bu müddət ərzində Böyük Britaniyada neçə baş nazirin dəyişəcəyini də əvvəlcədən təxmin edə bilmirik”, – deyə o əlavə edib.
Peskovun bu açıqlaması son illərdə Böyük Britaniyada yaşanan siyasi dəyişikliklərə işarə kimi qiymətləndirilir. Xatırladaq ki, ölkədə qısa müddət ərzində bir neçə hökumət dəyişikliyi baş verib və bu məsələ tez-tez beynəlxalq siyasi polemikaların mövzusuna çevrilir.
Kremlin sözçüsünün bəyanatı Moskva ilə London arasında münasibətlərin gərgin olaraq qaldığı və tərəflərin bir-birinə qarşı sərt ritorikadan istifadə etdiyi bir dövrə təsadüf edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-06-2026