Mobil versiya
Alimdən xəbərdarlıq: Öldürülən ilanların əksəriyyəti zəhərsizdir
Tarix: 24-06-2026 | Saat: 18:11
Bölmə:Özəl | çapa göndər

Alimdən xəbərdarlıq: Öldürülən ilanların əksəriyyəti zəhərsizdir




Azərbaycanda ilanlarla bağlı yayılan görüntülər və sosial şəbəkələrdəki paylaşımlar mütəxəssislərin narahatlığına səbəb olub.

Bakı Dövlət Universitetinin Zoologiya və Fiziologiya kafedrasının dosenti Sevinc Hümbətova bildirib ki, insanlar çox vaxt qarşılaşdıqları ilanları təhlükəli hesab edərək öldürür və bunu sosial şəbəkələrdə qəhrəmanlıq kimi təqdim edirlər.

APA TV-nin “Xəbəraparan” verilişində çıxış edən alim qeyd edib ki, öldürülən ilanların əhəmiyyətli hissəsi əslində insan üçün təhlükə yaratmayan növlərdir.

“Sosial şəbəkələrdə insanların harada ilan görən kimi öldürüb və bunu bir qəhrəmanlıq kimi paylaşmalarını izləyirik. Onların çoxu su ilanıdır”, – deyə Sevinc Hümbətova vurğulayıb.

Dosentin sözlərinə görə, Azərbaycanda qeydə alınan ilan növlərinin yalnız kiçik hissəsi zəhərlidir. O bildirib ki, ölkədə rast gəlinən ilan növlərinin cəmi 7-si zəhərli hesab olunur.

Mütəxəssis qeyd edib ki, ilanlar təbiətdə mühüm ekoloji rol oynayır. Onlar gəmiricilərin və digər zərərvericilərin sayının tənzimlənməsində iştirak edərək ekoloji tarazlığın qorunmasına kömək edirlər.

Ekspertlər və zooloqlar vətəndaşlara tövsiyə edirlər ki, ilanla qarşılaşdıqda onu öldürməyə çalışmasınlar, təhlükəsiz məsafə saxlasınlar və zərurət yaranarsa aidiyyəti qurumlara məlumat versinlər. Mütəxəssislərin fikrincə, hər ilanı təhlükəli hesab etmək düzgün yanaşma deyil və bu cür davranış bəzi növlərin sayının azalmasına səbəb ola bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2026