1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
Tarix: 25-06-2026 | Saat: 10:24
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanda balıqçılıq sahəsini tənzimləyən yeni qanun layihəsi hazırlanıb.
aia.az xəbər verir ki, "Balıqçılıq haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
8 fəsil və 30 maddədən ibarət olan layihədə balıqçılıq sahəsində idarəetmənin müasir tələblərə uyğunlaşdırılması, rəqəmsal nəzarət və monitorinq mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Sənədə əsasən, balıqçılıq subyektləri, balıqçı gəmiləri, balıq ovu alətləri, infrastruktur obyektləri və sahə üzrə digər məlumatlar müvafiq dövlət qurumunun informasiya sistemində toplanacaq. Həmçinin balıqçılıq su obyektləri və vətəgə sahələri ilə bağlı məlumatların müxtəlif dövlət informasiya sistemləri arasında inteqrasiyası təmin ediləcək.
Qanun layihəsində balıq ehtiyatlarından istifadəyə dair kvotaların elmi əsaslarla müəyyənləşdirilməsi, ov icazələrinin verilməsində şəffaflığın artırılması, elektron uçot sistemlərinin tətbiqi, eləcə də real vaxt rejimində monitorinq və məsafədən izləmə texnologiyalarından istifadə nəzərdə tutulur.
Bununla yanaşı, balıqçı gəmiləri, balıq ovu vasitələri və balıqçılıq infrastrukturu üçün texniki tələblərin müəyyənləşdirilməsi, onların qeydiyyatı və nəzarət mexanizmlərinin qurulması planlaşdırılır. Bu tədbirlərin qanunsuz balıq ovunun qarşısının alınmasına və balıq ehtiyatlarından daha səmərəli istifadəyə xidmət edəcəyi bildirilir.
Layihəyə əsasən, yeni qanun qüvvəyə mindikdən sonra 1998-ci il 27 mart tarixli "Balıqçılıq haqqında" qanun ləğv ediləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər