Mobil versiya
Məşhur model polis müdaxiləsindən sonra saxlanıldı
Tarix: 01-07-2026 | Saat: 19:44
Bölmə:Özəl | çapa göndər

Məşhur model polis müdaxiləsindən sonra saxlanıldı




Keçmiş model Deniz Akkaya növbəti dəfə qalmaqallı hadisə ilə gündəmə gəlib.

Məlumata görə, Akkaya Kocaelinin Kartepe rayonunun Maşukiye qəsəbəsində yaşadığı evdə ev sahibi ilə mübahisə edib. İddialara əsasən, mübahisə qısa zamanda böyüyərək davaya çevrilib və ev sahibi polisə müraciət edib.

Hadisə yerinə gələn polis əməkdaşları aqressiv davranışlarını davam etdirdiyi bildirilən Deniz Akkayanı saxlayıblar. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

Qeyd edək ki, Deniz Akkaya son illərdə müxtəlif hüquqi proseslərlə də gündəmə gəlib. O, sosial şəbəkədə hakimə qarşı təhqir və hədə xarakterli paylaşımlara görə məhkəmə tərəfindən azadlıqdan məhrum edilib. Bundan əlavə, məhkəmənin mühafizə qərarını pozduğu üçün qısamüddətli həbs cəzası alıb və qızına qarşı zorakılıq iddiaları ilə bağlı məhkəmə prosesi də davam edir.

Kocaelidə baş verən son insidentlə bağlı hüquq-mühafizə orqanlarının araşdırması davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2026