Mobil versiya
Almaniya ABŞ raketlərini ölkəsində istehsal etmək istəyir
Tarix: 01-07-2026 | Saat: 18:23
Bölmə:Özəl | çapa göndər

Almaniya ABŞ raketlərini ölkəsində istehsal etmək istəyir




Almaniya Avropanın müdafiə potensialını gücləndirmək məqsədilə ABŞ istehsalı olan strateji silahların ölkə ərazisində istehsalı ilə bağlı Vaşinqtonla danışıqları genişləndirir.

Musavat.com-un məlumatına görə, "Financial Times" nəşri yazır ki, Berlin ABŞ-ın "Tomahawk" qanadlı raketləri və "Patriot" (PAC-3) hava hücumundan müdafiə sistemlərinin Almaniyada birgə istehsalı imkanlarını müzakirə edir.

Məlumata əsasən, Almaniya bu addımla həm Avropanın müdafiə sənayesinin istehsal gücünü artırmağı, həm də strateji silahların tədarükünü sürətləndirməyi hədəfləyir. Bildirilir ki, ABŞ tərəfi və müdafiə sənayesi şirkətləri layihəyə maraq göstərirlər.

Berlin hesab edir ki, ölkənin güclü sənaye infrastrukturu ABŞ müdafiə sektorunun istehsal yükünü qismən azalda və Avropada təhlükəsizlik ehtiyaclarının daha operativ qarşılanmasına töhfə verə bilər.

Qeyd edək ki, Almaniya ilə ABŞ arasında hərbi sənaye sahəsində əməkdaşlıq artıq bir sıra layihələr üzrə davam edir. Almaniyanın Rheinmetall şirkəti F-35 döyüş təyyarələrinin bəzi komponentlərinin istehsalında iştirak edir və Patriot raket sistemləri ilə bağlı birgə layihələrdə də yer alır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2026