Ukraynada siyasi rəqabət güclənir: Zelenskinin əsas rəqibi ortaya çıxır?
Tarix: 01-07-2026 | Saat: 21:02
Bölmə:Özəl | çapa göndər

Ukraynada müharibə davam etsə də, siyasi gündəmdə prezident Volodimir Zelenski ilə ölkənin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnı arasında mümkün rəqabət müzakirə olunur.
Yayılan məlumatlara görə, Zalujnı prezident seçkilərində iştirak etmək niyyətindədir və bu barədə qərarını Zelenskiyə də çatdırıb. Rəsmi təsdiq olmasa da, bu iddialar Ukraynanın gələcək siyasi mənzərəsi ilə bağlı müzakirələri gücləndirib.
Siyasi şərhçi Azər Hüseynov hesab edir ki, müharibə şəraitində seçki keçirilməsi ölkə üçün əlavə risklər yarada bilər.
Onun sözlərinə görə, müharibə uzandıqca hakimiyyət daxilində fikir ayrılıqlarının yaranacağı gözlənilən idi. Ekspert hesab edir ki, həm daxili ictimai gözləntilər, həm də beynəlxalq siyasi mühitdə baş verən dəyişikliklər Ukraynadakı proseslərə təsir göstərir.
Bununla yanaşı, şərhçi vurğulayır ki, Zelenskinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi siyasi dəstəyi qalmaqdadır. Onun fikrincə, hərbi vəziyyət davam etdiyi bir vaxtda seçki keçirilməsi daxili sabitliyi zəiflədə və xarici təsirləri artıraraq ölkə üçün əlavə çətinliklər yarada bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-07-2026
16:33 Şöbə rəisi istefa verdi