Mobil versiya
Zelenski ilə Zalujnı arasında qapalı görüş: Seçkilərlə bağlı yeni iddialar
Tarix: 01-07-2026 | Saat: 21:41
Bölmə:Özəl | çapa göndər

Zelenski ilə Zalujnı arasında qapalı görüş: Seçkilərlə bağlı yeni iddialar




Ukraynanın Böyük Britaniyadakı səfiri, ölkənin keçmiş baş komandanı Valeri Zalujnının prezident seçkilərində namizəd olacağı ilə bağlı yeni məlumatlar yayılıb.

Məlumata görə, Prezident Volodimir Zelenski ilə Zalujnı arasında keçirilən qapalı görüşdə mümkün prezident seçkiləri müzakirə olunub. İddialara əsasən, Zelenski cəbhədə vəziyyət və ölkədə ictimai birlik fonunda seçkilərin keçirilməsi ehtimalını gündəmə gətirib və Zalujnıdan namizəd olub-olmayacağını soruşub. Yayılan məlumatlarda səfirin bu suala müsbət cavab verdiyi iddia olunur.

Rəsmi təsdiqlənməyən bu məlumatlar Ukraynada mümkün siyasi rəqabətlə bağlı müzakirələri daha da gücləndirib.

Son sorğulara görə, Valeri Zalujnı ölkədə ən yüksək etimad göstərilən ictimai-siyasi fiqurlardan biri hesab olunur. Analitiklər onun mümkün namizədliyinin prezident seçkilərində əsas rəqabəti formalaşdıra biləcəyini bildirirlər.

Siyasi ekspertlər hesab edirlər ki, Zelenskinin son dövrdə müxtəlif tanınmış ictimai və siyasi fiqurlarla keçirdiyi görüşlər mümkün seçkilər fonunda daxili siyasi balansı qorumaq və dialoqu gücləndirmək məqsədi daşıya bilər.

Bununla yanaşı, Ukraynada hərbi vəziyyət qüvvədə qaldığından prezident seçkilərinin keçirilməsi ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2026