Azər Kərimli: “Azərbaycanın formalaşdırdığı yeni regional nizam sülh və əməkdaşlığın işlək modelidir”
Tarix: 02-07-2026 | Saat: 10:31
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüşdən sonra səsləndirdiyi bəyanat təkcə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafını deyil, həm də Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının çıxışı bir daha göstərdi ki, bu gün regionun gələcəyi qarşıdurma deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və davamlı sülh üzərində qurulur. Bu yeni gündəliyin əsas təşəbbüskarı isə məhz Azərbaycandır. 44 günlük Vətən müharibəsində və sonrakı mərhələdə ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş status-kvonu tarixə çevirdi. Yeni reallıq region dövlətləri qarşısında tamamilə fərqli imkanlar açdı. Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, Azərbaycan sülhü yalnız siyasi bəyanat kimi deyil, gündəlik həyatda hiss olunan reallıq kimi görür və bu istiqamətdə ardıcıl addımlar atır.”
Bu fikirlər Milli Məclisin deputatı Azər Kərimlinin aia.az-a aıqlamasında yer alıb.
Millət vəkili bildirib ki, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş nəticələr yeni regional reallıqların formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır: “Vaşinqtonda sülh sazişinin mətninin paraflanması, tərəflər arasında de-fakto sülh mühitinin formalaşması və bunun praktik nəticələrinin artıq görünməsi regionun gələcəyinə nikbin baxmağa əsas verir. Azərbaycanın öz ərazisi vasitəsilə Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətləri aradan qaldırması, eləcə də yanacaq təchizatına başlaması göstərir ki, rəsmi Bakı qalib dövlət olmasına baxmayaraq münasibətləri qarşıdurma müstəvisində saxlamaq niyyətində deyil. Əksinə, ölkəmiz qarşılıqlı etimadın yaranmasına xidmət edən konkret addımlar ataraq davamlı sülhün möhkəmlənməsinə çalışır. Azərbaycanın təşəbbüsləri yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Son illərdə ölkəmizin həyata keçirdiyi irimiqyaslı nəqliyyat layihələri Cənubi Qafqazın beynəlxalq logistika xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas həlqəsinə çevrilən Azərbaycan bu gün Avropa ilə Asiyanı birləşdirən ən etibarlı marşrutlardan birini formalaşdırıb. Müasir limanlar, dəmir yolları və avtomobil magistralları təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına xidmət edir. Diqqətçəkən məqamlardan biri də Avropa Komissiyasının bu proseslərə göstərdiyi maraq və dəstəkdir. Ursula Fon der Lyayenin Bakıya səfəri və aparılan müzakirələr göstərir ki, Avropa İttifaqı da Cənubi Qafqazın sabitlik və əməkdaşlıq regionuna çevrilməsində Azərbaycanın oynadığı aparıcı rolu yüksək qiymətləndirir. Bu, ölkəmizin beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini təsdiqləyir. Prezident İlham Əliyevin bəyanatından çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan artıq regionun siyasi gündəmini müəyyən edən əsas aktorlardan biridir. Ölkəmiz hərbi qələbəni diplomatik uğura, diplomatik uğuru isə iqtisadi və regional əməkdaşlıq platformasına çevirməyi bacarıb. Məhz bu ardıcıl siyasət sayəsində Cənubi Qafqaz qarşıdurma məkanı olmaqdan uzaqlaşaraq sülh, qarşılıqlı etimad və ortaq inkişafın hökm sürdüyü bir coğrafiyaya çevrilməkdədir. Azərbaycanın irəli sürdüyü bu baxış isə həm region dövlətlərinin, həm də beynəlxalq tərəfdaşların maraqlarına cavab verən ən real inkişaf modelidir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-07-2026
01-07-2026