DÇ-2026-da 1/8 finalın daha üç iştirakçısı müəyyənləşəcək
Tarix: 02-07-2026 | Saat: 12:26
Bölmə:İdman | çapa göndər

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha üç görüşü keçiriləcək.
aia.az xəbər verir ki, günün ilk qarşılaşmasında İspaniya millisi Avstriya yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
İyulun 3-nə keçən gecə isə saat 03:00-da Portuqaliya və Xorvatiya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Günün son matçında İsveçrə millisi Əlcəzair seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.
Bu oyunlardan sonra dünya çempionatının 1/8 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala vəsiqə qazanıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-07-2026
01-07-2026