Mobil versiya
Putin Trampla telefonla danışdı
Tarix: 05-07-2026 | Saat: 09:30
Bölmə:Dünya | çapa göndər

Putin Trampla telefonla danışdı


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq onu ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik edib.
aia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakovun sözlərinə görə, iki ölkə lideri arasında baş tutan telefon danışığı Vladimir Putinin Donald Trampı və Amerika xalqını ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik etməsi ilə başlayıb.

"Bugünkü telefon danışığı Prezident Vladimir Putinin Donald Trampı və bütün Amerika xalqını bu əlamətdar bayram münasibətilə şəxsən təbrik etməsi ilə başladı", - deyə Yuri Uşakov bildirib.

O əlavə edib ki, liderlər telefon danışığı zamanı ikitərəfli münasibətlərlə bağlı məsələləri də müzakirə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-07-2026