İran Xameneinin vida mərasimində Azərbaycana Ali-İmran surəsi ilə mesaj verdi?
Tarix: 05-07-2026 | Saat: 10:30
Bölmə:Ölkə | çapa göndər

İranda ali dini lider Əli Xamenei ilə vida mərasimi davam edir. Mərasim Tehranda başlayıb, daha sonra Qum şəhərində davam edəcək və yekunda Məşhəddə dəfn mərasimi ilə başa çatacaq. Mərasimdə çoxsaylı dövlət və hökumət nümayəndələri, parlament sədrləri və rəsmi heyətlər iştirak edir.
aia.az xəbər verir ki, iştirakçılar arasında Azərbaycan parlamentinin sədri Sahibə Qafarova başda olmaqla rəsmi nümayəndə heyəti də yer alır.
Vida mərasimi ilə bağlı dünya mediasında diqqət çəkən bir məqam müzakirə olunur. Bildirilir ki, müxtəlif ölkələrin nümayəndə heyətləri mərasim zalına daxil olarkən İran tərəfi seçilmiş Quran ayələrini tilavət edir.
İddialara görə, Azərbaycan nümayəndə heyəti zala daxil olduğu zaman Ali-İmran surəsinin 139-cu ayəsi səsləndirilib:
“Acizlik göstərməyin, kədərlənməyin. Əgər möminsinizsə, siz üstün gələcəksiniz".
Bu məqam siyasi müşahidəçilərin də diqqətini çəkib.
Siyasi analitik Nazim Cəfərsoy bununla bağlı paylaşımında qeyd edir ki, ayənin məhz Azərbaycan nümayəndə heyətinin mərasimdə olduğu anda oxunması təsadüfi olmaya bilər və simvolik siyasi mesaj kimi dəyərləndirilə bilər.
Onun fikrincə, İran Azərbaycanın İsrail və Qərb ölkələri ilə əməkdaşlığını regionun geosiyasi balansına təsir edən amil kimi qiymətləndirir. Analitik hesab edir ki, ayənin seçimi Bakıya regional proseslərdə ehtiyatlı davranmaq, yeni geosiyasi reallıqları nəzərə almaq və strateji qərarlarda diqqətli olmaq barədə mesaj kimi şərh oluna bilər.
Qeyd edək ki, bu yanaşma Nazim Cəfərsoyun şəxsi siyasi təhlilidir. İran rəsmiləri tərəfindən Azərbaycan nümayəndə heyəti üçün xüsusi mesaj verilməsi ilə bağlı rəsmi açıqlama yayılmayıb.
Musavat.com həmin anların videogörüntülərini də oxucularına təqdim edir və məsələ ilə bağlı müxtəlif baxışları izləyicilərin diqqətinə çatdırır.
Musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-07-2026