Mobil versiya
NATO Zirvəsində Ukrayna və regional təhlükəsizlik müzakirə olunacaq
Tarix: 05-07-2026 | Saat: 16:14
Bölmə:Dünya | çapa göndər

NATO Zirvəsində Ukrayna və regional təhlükəsizlik müzakirə olunacaq



NATO Zirvəsində Ukrayna və regional təhlükəsizlik müzakirə olunacaq
Dünya05.07.202615:3480

NATO-nun Ankarada keçiriləcək sammitində Avro-Atlantik məkanında təhlükəsizlik, Ukraynadakı vəziyyət, alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi və cənub istiqamətində yaranan çağırışlar əsas müzakirə mövzuları olacaq.
aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran məlumat verib.

Onun sözlərinə görə, iyulun 7-8-də Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsində müdafiə xərclərinin artırılması ilə bağlı qəbul olunan qərarların icrası və alyansın çəkindirmə və müdafiə imkanlarının gücləndirilməsi 360 dərəcə yanaşma əsasında qiymətləndiriləcək.

Burhanəddin Duran bildirib ki, liderlər Avro-Atlantik coğrafiyasına yönəlmiş təhdidlər, risklər və çağırışlar barədə strateji səviyyədə fikir mübadiləsi aparacaq, həmçinin Ukraynadakı vəziyyəti və NATO-nun cənub cinahında son dövrdə baş verən hadisələri müzakirə edəcəklər.

O qeyd edib ki, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iyulun 7-də iştirakçı dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşlarının şərəfinə rəsmi qəbul və şam yeməyi təşkil edəcəklər.

Məlumata görə, Şimali Atlantika Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclası iyulun 8-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək.

Burhanəddin Duran əlavə edib ki, sammit çərçivəsində Prezident Ərdoğanın iştirakçı ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-07-2026