Rusiyadan Kiyevə kütləvi zərbə: 9 ölü, 46 yaralı
Tarix: 06-07-2026 | Saat: 09:40
Bölmə:Dünya | çapa göndər

İyulun 6-na keçən gecə Rusiya Kiyevə kütləvi raket zərbəsi endirib.
aia.az bu barədə Ukrayna mediasına istinadən xəbər verir.
Məlumata görə, raket zərbəsi nəticəsində azı 9 nəfər ölüb, 46 nəfər isə yaralanıb.
Partlayışlar şəhərin müxtəlif rayonlarında və ətrafında baş verib. İnsanlar metro stansiyalarına sığınıb.
Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, Podol rayonunda yaşayış binası qismən uçub. Darnitsa rayonunda bir neçə çoxmərtəbəli bina zədələnib, dağıntılar altında insanlar ola bilər.
Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin hücumu dəf etdiyini bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.
Hücumdan bir neçə saat əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə yeni kütləvi zərbə hazırladığı barədə xəbərdarlıq etmişdi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-07-2026