Mobil versiya
Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi: “Mənim üçün dua edin”
Tarix: 06-07-2026 | Saat: 12:25
Bölmə:Şou-biznes | çapa göndər

Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi:


Müğənni Kəmalə Günəşli xəstəxanadan paylaşım edərək əməliyyata girəcəyini bildirib.

aia.az xəbər verir ki, ifaçı videoda bunları deyib:

"Sabahınız xeyir, dəyərli izləyicilərim. Bu gün, iyulun 6-da əməliyyata girirəm. Buna görə də bir müddət paylaşımlarımda fasilə olacaq. İnşallah, qısa zamanda yenidən sizinlə birlikdə olacağam.

Mənim üçün dua etməyinizi xahiş edirəm. Əməliyyatdan sonra baş verən yenilikləri də sizinlə bölüşəcəyəm. Həkimimlə bağlı da ətraflı məlumat verəcəyəm. İzləmədə qalın".

K.Günəşli bir müddət əvvəl xarici görünüşündə dəyişiklik edəcəyini və plastik əməliyyat etdirəcəyini açıqlamışdı. Lakin müğənni hansı estetik əməliyyatı etdirəcəyini deməmiş və bunu gizli saxlamışdı. Bu dəfə də o, əməliyyatın növü barədə məlumat verməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-07-2026