Mobil versiya
Tehranda vida mərasimi davam edir: Xameneyinin cənazəsi Mehrabad hava limanına aparılır
Tarix: 06-07-2026 | Saat: 11:30
Bölmə:Özəl | çapa göndər

Tehranda vida mərasimi davam edir: Xameneyinin cənazəsi Mehrabad hava limanına aparılır




İranın paytaxtı Tehranda ölkənin ali lideri ayətullah Əli Xameneyi ilə keçirilən vida mərasimləri davam edir. Şəhərin müxtəlif küçələrində toplaşan çoxsaylı insanlar matəm yürüşünə qatılaraq son ehtiramlarını bildirirlər.

İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, Əli Xameneyinin və onunla birlikdə həlak olan ailə üzvlərinin cənazələri xüsusi hazırlanmış açıq platformada Mehrabad beynəlxalq hava limanına doğru aparılır.

Məlumata əsasən, cənazələrin ölkənin digər şəhərlərində keçiriləcək vida mərasimlərinə çatdırılması planlaşdırılır. Marşrut boyunca minlərlə insan korteji müşayiət edərək mərasimdə iştirak edir.

Təhlükəsizliyin təmin olunması məqsədilə Tehranın mərkəzi küçələrində genişmiqyaslı tədbirlər görülüb. Mehrabad hava limanı istiqamətində yerləşən əsas prospektlərdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb, polis və təhlükəsizlik qüvvələri ərazidə gücləndirilmiş rejimdə xidmət aparır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-07-2026