Mobil versiya
Zimbabve parlamentariləri ilə görüşdə -Foto
Tarix: 06-07-2026 | Saat: 18:49
Bölmə:Parlament | çapa göndər

Zimbabve parlamentariləri ilə görüşdə

İyulun 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan ilə Zimbabve arasında münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir. O, parlamentlərarası əlaqələrin dövlətlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, qanunverici orqanlar arasında qarşılıqlı səfərlərin, komitələr və dostluq qrupları səviyyəsində təmasların genişləndirilməsinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Milli Assambleyanın sədri Yakob Mudenda Zimbabve parlamentinin Azərbaycanla parlamentlərarası əməkdaşlığın və dialoqun genişləndirilməsində maraqlı olduğunu bildirib. Bu əlaqələrin iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Zaur Şükürov, Rizvan Nəbiyev, Gülşən Paşayeva, Nigar Məmmədova, Zimbabve Milli Assambleyasının Xarici əlaqələr və beynəlxalq ticarət komitəsinin sədri Şamu Vebster Kotivani çıxış ediblər. Onlar beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət, iqtisadi, ticari, humanitar sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Söhbətdə tərəflər beynəlxalq parlament platformalarında əməkdaşlığın davam etdirilməsinin, inkişaf etməkdə olan ölkələri narahat edən qlobal məsələlər üzrə birgə fəaliyyətin gücləndirilməsinin, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycan–Zimbabve münasibətlərinin müxtəlif istiqamətləri müzakirə olunub, iqtisadi əməkdaşlıq imkanlarına toxunulub, parlamentlərarası əlaqələrin genişləndirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-07-2026