Mobil versiya
Parlamentlərarası əlaqələr inkişaf edir -Foto
Tarix: 06-07-2026 | Saat: 18:16
Bölmə:Siyasət / Parlament | çapa göndər

Parlamentlərarası əlaqələr inkişaf edir

İyulun 6-da Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və işçi qrupunun üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Zimbabve arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Mahir Süleymanlı parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsinin, qarşılıqlı səfərlərin və parlament diplomatiyasının iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Söhbət zamanı parlamentin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, onlayn kommunikasiyanın inkişaf etdirilməsi, turizm, yaşıl enerji və süni intellekt sahələrində əməkdaşlıq imkanları, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələləri müzakirə olunub.
Görüşdə Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Zaur Şükürov çıxış edərək iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ülviyyə Ağayeva, Mircəlil Qasımlı, İlham Məmmədov, Məzahir Əfəndiyev, Zimbabve Respublikası Milli Assambleyasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-07-2026