2026-cı il 7-15 iyul tarixlərində Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası keçirilir
Tarix: 06-07-2026 | Saat: 17:00
Bölmə:Ölkə | çapa göndər

Ekspedisiya Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, həmçinin Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçirilir.
aia.az xəbər verir ki, Ekspedisiya çərçivəsində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə türkiyəli alimlər birgə elmi tədqiqatlar həyata keçirirlər.
Tədqiqatın əsas məqsədi balıq və digər su bioresurslarının ehtiyatlarını, populyasiya vəziyyətini, biomüxtəlifliyi və ekoloji durumunu qiymətləndirmək, əldə olunan elmi nəticələr əsasında 2027-ci il üçün balıq ovu kvotalarını müəyyən etməkdir.
Ekspedisiyanın nəticələri əsasında hazırlanacaq elmi hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq.
Ekspedisiyanın yekun nəticələri və aparılmış təhlillər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-07-2026