Mobil versiya
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Tarix: 08-07-2026 | Saat: 09:29
Bölmə:Dünya | çapa göndər

Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla müəyyən məsələlərdə fikir ayrılıqlarının olduğunu etiraf edib.

aia.az bildirir ki, tərəflər arasında zaman-zaman fikir ayrılığı yaranır.

"Bəli, aramızda vaxtaşırı fikir ayrılıqları olub. O, ABŞ prezidentidir və ABŞ üçün ən doğru hesab etdiyi qərarları verir. Mən isə İsrailin Baş naziri kimi ölkəm üçün vacib və faydalı olan addımları atıram", - deyə Netanyahu vurğulayıb.

Bununla belə, o, qeyd edib ki, əksər hallarda ABŞ və İsrailin maraqları üst-üstə düşür.

"Əsas məsələlərdə mövqelərimiz eynidir. Bəzən fikir ayrılığı olsa da, biz əsl müttəfiqlərik", - deyə İsrailin Baş naziri əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2026