Mobil versiya
NATO sərhədlərində təhlükə artır? Rusiyanın mümkün hərbi planları ilə bağlı yeni iddialar
Tarix: 07-07-2026 | Saat: 20:22
Bölmə:Özəl | çapa göndər

NATO sərhədlərində təhlükə artır? Rusiyanın mümkün hərbi planları ilə bağlı yeni iddialar




Rusiya rəhbərliyinin NATO ölkələrinə qarşı əvvəllər hazırlanmış hərbi ssenariləri yenidən qiymətləndirdiyi və mümkün eskalasiya variantlarını nəzərdən keçirdiyi iddia olunur.

Beynəlxalq mediada yayılan məlumatlara görə, Qərb kəşfiyyat dairələri Moskvanın NATO ərazisindəki potensial hədəflərlə bağlı əvvəlki planları yenidən təhlil etdiyini hesab edir. Bildirilir ki, hazırda Rusiya qoşunlarının alyans sərhədlərinə doğru genişmiqyaslı hərəkəti müşahidə olunmasa da, mümkün ssenarilər təhlükəsizlik gündəminin əsas mövzularından birinə çevrilib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq direktoru Uilyam Börns də çıxışında Ukrayna müharibəsi fonunda eskalasiya riskinin artdığını bildirib. Onun fikrincə, Rusiyanın həm daxildə artan təzyiqlərlə üzləşməsi, həm də cəbhədə yaşanan çətinliklər vəziyyəti daha həssas edir.

İddialara əsasən, Moskvanın qarşısında iki əsas seçim dayanır: hibrid təzyiq siyasətini davam etdirmək və ya Baltikyanı ölkələr və Polşa kimi NATO üzvlərinə qarşı məhdudmiqyaslı hərbi təxribat ssenarilərini nəzərdən keçirmək. Belə bir addımın əsas məqsədinin isə NATO-nun kollektiv müdafiə mexanizminin praktik reaksiyasını yoxlamaq ola biləcəyi irəli sürülür.

Qərb mediasında yer alan məlumatlarda bildirilir ki, ABŞ son həftələrdə Avropadakı müttəfiqlərini mümkün risklər barədə məlumatlandırıb. Bundan əvvəl də müxtəlif nəşrlər Vaşinqtonun Polşa və Baltikyanı regionla bağlı ehtimal olunan təhlükələr barədə xəbərdarlıqlar etdiyi barədə məlumatlar yaymışdı.

Məlumatlara görə, Latviya, Litva və Estoniya da mümkün təhlükə ssenariləri fonunda təhlükəsizlik planlarını nəzərdən keçirir. Bir sıra hərbi və siyasi analitiklər isə Rusiyanın NATO ölkələrindən birinə qarşı məhdud xarakterli təxribat ehtimalının əvvəlki dövrlərlə müqayisədə daha ciddi müzakirə olunduğunu bildirirlər.

Diqqət çəkən məqamlardan biri də budur ki, bu iddialar Ankarada keçirilən NATO Liderlər Zirvəsi ilə eyni vaxta təsadüf edib. Alyansın gündəliyində Avropa təhlükəsizliyi, Ukrayna müharibəsi və Rusiyadan qaynaqlanan risklər əsas müzakirə mövzuları sırasında yer alır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2026