"Pul ver, əsgər getmə" sxemi ifşa olundu
Tarix: 07-07-2026 | Saat: 13:55
Bölmə:Ölkə | çapa göndər

Son illər hərbi çağırış sistemində korrupsiya faktlarının aşkar olunması dövlətin bu sahədə nəzarəti gücləndirdiyini göstərir. Xüsusilə Vətən müharibəsindən sonra Silahlı Qüvvələrdə şəffaflığın artırılması, hərbi xidmətə çağırış prosesinin qanunvericiliyə uyğun həyata keçirilməsi və bu sahədə rüşvət mexanizmlərinin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanlarının ardıcıl əməliyyatları diqqət çəkir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsində vəzifə tutmuş şəxs barəsində rüşvətxorluq ittihamı ilə cinayət işi məhkəməyə göndərilib. Musavat.com xəbər verir ki, söhbət şöbə rəisinin müavini – Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Niyam Mədətsoyludan gedir.
aia.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaqla müəyyən edilib ki, Niyam Mədətsoylu 2022–2026-cı illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hərbi xidmətə çağırışla bağlı qanunsuz mexanizm formalaşdırıb. İstintaqın versiyasına görə, əvvəllər sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətdən azad edilmiş şəxslərin yenidən tibbi müayinəyə cəlb olunmamasına şərait yaratmaq və digər qanunsuz xidmətlər göstərmək müqabilində müxtəlif şəxslərdən dəfələrlə və külli miqdarda rüşvət alınıb.
Toplanmış sübutlar əsasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə – təkrarən və külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə Niyam Mədətsoylu barəsində həbs qətimkan tədbiri seçilib, eyni zamanda o, tutduğu vəzifədən də kənarlaşdırılıb. İstintaq artıq yekunlaşıb və cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər