Mobil versiya
Azərbaycanın Hərbi Doktrinasının yenilənməsi təklif olunur
Tarix: 07-07-2026 | Saat: 13:03
Bölmə:Manşet / Parlament | çapa göndər

Azərbaycanın Hərbi Doktrinasının yenilənməsi təklif olunur

"Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə, Hərbi Doktrinası isə 2010-cu ildə qəbul olunub. Həmin dövrdə nə 44 günlük Vətən müharibəsinin parlaq yekunu, nə tam bərpa olunmuş dövlət suverenliyi, nə də kibermüharibə, süni intellekt, pilotsuz sistemlər, "deepfake" texnologiyaları və rəqəmsal iqtisadiyyat vardı".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

"Buna görə postmüharibə dövrünün yeni geosiyasi reallıqları nəzərə alınmaqla gələcək mərhələdə Milli Təhlükəsizlik Konsepsiyasının və Hərbi Doktrinanın da müasir çağırışlara uyğun yenilənməsi məqsədəuyğun olar", - deyə komitə sədri bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2026