Mobil versiya
İran rəsmisindən Trampa sərt mesaj: "Fərqli cavab verəcəyik"
Tarix: 07-07-2026 | Saat: 19:14
Bölmə:Özəl | çapa göndər

İran rəsmisindən Trampa sərt mesaj: "Fərqli cavab verəcəyik"




İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Bağır Zolgadr ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamalarına sərt reaksiya verib.

Zolgadr sosial media hesabında paylaşdığı açıqlamada Trampın bəyanatlarını tənqid edərək bildirib ki, İran xalqı təhdid dilini qəbul etmir.

O, paylaşımında ABŞ prezidentinə müraciətlə qeyd edib ki, İran minilliklərə söykənən tarixə və sivilizasiyaya malik dövlətdir və bu ölkəyə qarşı hədələrin nəticə verməyəcəyini iddia edib.

İran rəsmisi əlavə edib ki, Tehranla hörmət çərçivəsində danışılmalıdır, əks halda buna uyğun cavab veriləcəyini bildirib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl jurnalistlərə açıqlamasında Vaşinqtonun İranla ya razılıq əldə edəcəyini, ya da "işi bitirəcəyini" söyləmişdi. Onun bu açıqlaması iki ölkə arasında gərginliyin yenidən artacağı ilə bağlı müzakirələrə səbəb olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2026