Çinlə rəqabət Almaniyanı narahat edir: Avropada yeni iqtisadi gərginlik
Tarix: 13-07-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Avropa İttifaqı ilə Çin arasında iqtisadi rəqabət daha da kəskinləşir. Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Pekinin ucuz məhsullarla Avropa bazarındakı payını artırması xüsusilə Almaniya sənayesində ciddi narahatlıq yaradıb.
Onun bildirdiyinə görə, Avropa Komissiyası Çindən idxal edilən minik və yüngül yük avtomobilləri, eləcə də avtobus təkərlərinə antidempinq rüsumları tətbiq edib. Məqsəd Avropa istehsalçılarını aşağı qiymətlərlə bazara daxil olan məhsulların təsirindən qorumaqdır.
Politoloq qeyd edib ki, Almaniya sənayesi son illərdə həm istehsalın azalması, həm də iş yerlərinin ixtisarı ilə üzləşib. Onun fikrincə, Çin şirkətlərinin daha münasib qiymətlərlə oxşar məhsullar istehsal etməsi Avropa istehsalçıları üçün rəqabəti çətinləşdirir.
Elxan Şahinoğlu əlavə edib ki, bəzi Avropa ölkələri, o cümlədən Niderland, Pekinə qarşı daha sərt iqtisadi tədbirlərin hazırlanmasını dəstəkləyir. Onun sözlərinə görə, Almaniya ilə Çin arasında iqtisadi rəqabət fonunda siyasi münasibətlərdə də müəyyən gərginlik müşahidə olunur.
Politoloq hesab edir ki, Avropa ilə Çin arasındakı iqtisadi münasibətlər yaxın dövrdə də beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər