Mənzil alanlar üçün mühüm yenilik: Təkrar satışların qarşısı alınacaq
Tarix: 13-07-2026 | Saat: 20:37
Bölmə:Özəl | çapa göndər

Milli Məclisdə müzakirə olunan yeni qanun layihəsi daşınmaz əmlak bazarında vətəndaşların hüquqlarının daha etibarlı qorunmasını hədəfləyir. Layihənin əsas yeniliklərindən biri tikintisi başa çatmamış mənzillərlə bağlı təminat qeydi mexanizminin tətbiqidir.
Deputat Zahid Orucun sözlərinə görə, yeni qaydalara əsasən, mənzil alan şəxs hüququnu bina istifadəyə verildikdən sonra deyil, müqavilə imzalandığı andan dövlət reyestrində qeydiyyata aldıra biləcək.
Layihədə nəzərdə tutulur ki, tikintisi davam edən binada hər mənzil üzrə yalnız bir təminat qeydi aparılacaq. Bu mexanizm eyni mənzilin bir neçə nəfərə satılması riskini minimuma endirməyi hədəfləyir.
Bildirilib ki, təminat qeydi 3 iş günü ərzində aparılacaq və qeydiyyata alınmış hüquqlar notariat qaydasında başqa şəxsə ötürülə biləcək.
Deputat vurğulayıb ki, son illərdə bəzi tikinti şirkətlərinin fəaliyyəti nəticəsində minlərlə vətəndaş zərər çəkib. Yeni hüquqi mexanizmin tətbiqi həm alıcıların hüquqlarının müdafiəsini gücləndirəcək, həm də daşınmaz əmlak bazarında şəffaflığın və etimadın artmasına töhfə verəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər