Mobil versiya
İlham Əliyev Slovakiya Prezidentini Şuşada qarşıladı - FOTOLAR
Tarix: 14-07-2026 | Saat: 10:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev Slovakiya Prezidentini Şuşada qarşıladı -

İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.

aia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verdi.

Slovakiya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2026