Manaf Manafov: "Şuşa Forumu regional təhlükəsizlik, qlobal nəqliyyat-logistika marşrutları və rəqəmsal diplomatiyanın müzakirə olunduğu məkandır"
Tarix: 14-07-2026 | Saat: 12:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

13 iyul 2026-cı il tarixində Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya məkanında sülhün təşviqi, regional təhlükəsizlik, qlobal nəqliyyat-logistika marşrutları və rəqəmsal diplomatiyanın aktual istiqamətlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi çıxış edir. Dünyanın 53 ölkəsindən 160-dan artıq nümayəndənin, aparıcı beynəlxalq xəbər agentliklərinin rəhbərlərinin, media təmsilçilərinin və analitik mərkəzlərin ekspertlərinin qatıldığı forum Azərbaycanın xarici siyasət prioritetlərinin və yeni regional əməkdaşlıq təşəbbüslərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forumun açılış mərasimində səsləndirdiyi proqram xarakterli çıxış və iştirakçıların suallarına verdiyi ətraflı cavablar ölkəmizin regional inteqrasiya proseslərinə, beynəlxalq tranzit-logistika imkanlarının genişləndirilməsinə və dövlətlərarası strateji əməkdaşlıq formatlarına dair mövqeyini bir daha aydın şəkildə ortaya qoydu.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə dezinformasiyanın geniş yayılması, süni intellekt alətlərindən manipulyasiya məqsədilə istifadə edilməsi və etibarlı informasiya mühitinə olan inamın zəifləməsi beynəlxalq medianın qarşısında duran əsas çağırışlardan biri hesab olunur. Belə bir şəraitdə müxtəlif ölkələrdən nüfuzlu jurnalistlərin, ekspertlərin və media rəhbərlərinin məhz Şuşada bir araya gəlməsi Azərbaycanın yalnız regional proseslərdə deyil, həm də qlobal humanitar və informasiya gündəliyində mühüm rol oynadığını nümayiş etdirir. Prezident İlham Əliyev Forumun mahiyyətini və əsas məqsədini belə ifadə etmişdir:
"Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir."
Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi “Böyük Qayıdış” proqramının, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələrinin beynəlxalq ictimaiyyətə birbaşa və obyektiv şəkildə təqdim olunması üçün mühüm imkan yaradır. Uzun illər ölkəmiz haqqında formalaşdırılmış birtərəfli və qərəzli informasiya kampaniyalarının real vəziyyət əsasında təkzib edilməsi, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün və qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətin mühüm nəticələrindən biridir.
Tarixi Zəfərdən sonra Şuşanın yalnız mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq siyasi və intellektual dialoqun keçirildiyi nüfuzlu mərkəz kimi tanınması dövlətimizin milli maraqlara söykənən xarici siyasət strategiyasının və təhlükəsizlik konsepsiyasının uğurlu nəticəsidir. Forum çərçivəsində çıxış edən xarici qonaqlar, o cümlədən Rumıniya–Azərbaycan dostluq qrupunun üzvü senator Kristian Auqustin Nikolesku Taqalis ölkəmizin rəqəmsal idarəçilik, innovasiya və yaşıl enerji sahələrində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək Azərbaycanın müasir dövlət quruculuğunda qazandığı uğurları xüsusi vurğuladılar.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada keçirilən bu beynəlxalq forum Azərbaycanın obyektiv informasiya məkanının formalaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sülh təşəbbüslərinin dəstəklənməsi istiqamətində qətiyyətli siyasətinin növbəti təzahürüdür. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu ölkəmizin suverenliyini, daxili potensialını və beynəlxalq münasibətlər sistemində müstəqil mövqe tutan, öz strateji gündəliyini formalaşdıran nüfuzlu dövlət kimi rolunu bir daha nümayiş etdirən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər- deyə Manaf Manafov fikrini yekunlaşdırıb
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-07-2026