Baş nazirin manqo paylaşımı sosial şəbəkələrdə gündəm oldu
Tarix: 14-07-2026 | Saat: 19:22
Bölmə:Özəl | çapa göndər

Macarıstanın baş naziri Peter Macar sosial şəbəkədə etdiyi son paylaşımı ilə diqqət mərkəzinə düşüb.
O bildirib ki, Pakistanın baş naziri Şahbaz Şərif ona hədiyyə olaraq 90 ədəd manqo göndərib. Macar paylaşımında zarafatla qeyd edib ki, tarixi bir günün sonunda ofisində onu xoş sürpriz gözləyirdi və cəmi bir saat ərzində manqoların böyük hissəsi yeyilib.
Baş nazir paylaşımına əlində manqolarla çəkilmiş fotosunu da əlavə edib və Pakistanın baş nazirinə təşəkkürünü çatdırıb.
Peter Macar eyni paylaşımda NATO Zirvəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan aldığı, üzərində adının həkk olunduğu Magnum revolveri ilə bağlı əvvəlki paylaşımını da xatırladıb. Onun bu paylaşımı qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-07-2026