Mobil versiya
Mingəçevirdə "Böyük yolun başlanğıcı” mövzusunda tədbir keçirilib -Fotolar
Tarix: 14-07-2026 | Saat: 17:00
Bölmə:Gündəm | çapa göndər

Mingəçevirdə  "Böyük yolun başlanğıcı” mövzusunda tədbir keçirilib

2026-cı ilin Tədbirlər planına əsasən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 14 iyul 1969-cu il Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük yolun başlanğıcı” mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzində təşkil olunan ekskursiyada iştirak edərək Ümummilli Liderin həyat və fəaliyyətini, Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətlərini əks etdirən eksponatlarla yaxından tanış olublar.
Daha sonra tədbir öz işinə başlayıb. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra “Böyük yolun başlanğıcı” mövzusunda videoçarxa baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir. Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, düşünülmüş və gərgin fəaliyyəti Azərbaycanın ictimai-siyasi həyatında yeni bir tarix yaradıb. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il ölkəmizin tarixinə dönüş günü kimi yazılıb. Daha sonra çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev qeyd edib ki bu gün Ulu Öndər xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Möhtərəm prezidentimiz İlham Əliyevin dəmir iradəsi, Xalq-Ali Baş Komandan-Ordu birliyi sayəsində qüdrətli dövlətimizdə əldə olunmuş müstəqilliyimizin təməli elə 14 iyul 1969-cu ildə qoyulub desək səhv etmərik. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyev dühasının müstəsna yeri vardır. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və büro üzvü seçildi. Bu tarix xalqımızın yaddaşında ən şərəfli gün kimi qalır. Mingəçevir şəhər Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbin direktoru Zaur Müseyibov , Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəm , Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Humay Baxışova çıxış edərək Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq səlnaməsini yaradıb. Məhz buna görə Ümummilli Lider Heydər Əliyevin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Sonda tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, Heydər Əliyevin zəngin dövlətçilik irsinin Azərbaycan xalqının gələcək inkişafında da mühüm rol oynayacağını qeyd ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2026