Mobil versiya
Bu ölkədən bibər alacağıq
Tarix: 14-07-2026 | Saat: 15:47
Bölmə:Ölkə | çapa göndər

Bu ölkədən bibər alacağıq

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 5 min 554 ton bibər idxal edib.

aia.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,1 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 3,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % çox) 5 min 552 ton (+15,6 %), Türkiyədən 1,9 min ABŞ dolları dəyərində (-98 %) 1,8 ton (-99 %), Tailanddan 0,5 min ABŞ dolları dəyərində (-4 %) 0,03 ton (-40 %), Çindən 0,05 min ABŞ dolları dəyərində 0,01 ton, İspaniyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən tədarük həyata keçirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2026