Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır -ŞƏRH
Tarix: 14-07-2026 | Saat: 15:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərini, regional əməkdaşlıq baxışını, enerji və nəqliyyat strategiyasını, media diplomatiyasını, eləcə də qlobal çağırışlara münasibətini əhatə edir. Dövlət başçısının vurğuladığı fikirlər təkcə ölkəmizin son illərdə əldə etdiyi uğurların təqdimatı deyil, həm də Azərbaycanın dəyişən beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin, artan geosiyasi əhəmiyyətinin və gələcəyə hesablanmış strateji hədəflərinin ifadəsi oldu.
Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq fikir mübadiləsinin, siyasi dialoqun və media əməkdaşlığının nüfuzlu ünvanlarından birinə çevrilib. IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 nümayəndənin, o cümlədən onlarla xəbər agentliyinin, media qurumunun və bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatin iştirakı forumun ildən-ilə artan nüfuzunu bir daha təsdiqləyir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşaya səfər etməsi Azərbaycanın təşəbbüsü ilə yaradılmış bu platformanın artıq qlobal xarakter aldığını nümayiş etdirir.
Forumun əsas üstünlüklərindən biri yalnız media nümayəndələrinin fikir mübadiləsi aparması deyil, həm də onların Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini yerində müşahidə etmələridir. Vaxtilə dağıntılarla üzləşən şəhərlərin bu gün müasir yaşayış məkanlarına çevrilməsi, insanların doğma torpaqlarına qayıtması və yeni həyatın bərpası beynəlxalq ictimaiyyətə real faktlarla təqdim olunur. Bu isə informasiya müharibəsinin hökm sürdüyü dövrdə həqiqətlərin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında Azərbaycan–Türkiyə münasibətlərinə xüsusi yer ayrılıb. Dövlət başçısı bir daha vurğulayıb ki, əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız. İki ölkə arasındakı münasibətlər təkcə dostluq və qardaşlıq deyil, həm də strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Şuşa Bəyannaməsinin imzalanması ilə rəsmiləşən bu müttəfiqlik regional təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir. Azərbaycan və Türkiyənin müxtəlif sahələrdə nümayiş etdirdiyi həmrəylik bu gün beynəlxalq münasibətlər sistemində nümunəvi model kimi qəbul edilir. Ortaq tarix, dil və mədəniyyət iki qardaş ölkənin münasibətlərini daha da möhkəmləndirir. Bununla yanaşı, dünyada eyni dilə və oxşar mədəniyyətə malik xalqlar arasında münaqişələrin baş verdiyi hallar mövcuddur. Azərbaycan və Türkiyənin timsalında isə qarşılıqlı etimad, səmimiyyət və strateji maraqlar üzərində qurulan münasibətlər region üçün sabitlik modeli formalaşdırır.
Forum çərçivəsində diqqət çəkən mühüm məsələlərdən biri də Azərbaycan–ABŞ münasibətlərinin hazırkı inkişaf mərhələsi ilə bağlı qeyd edilən fikirlər olub. ABŞ ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu gün əməkdaşlıq tarixinin ən yüksək mərhələsini yaşayır. Prezident İlham Əliyev bildirib ki, ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Ticarət, investisiyalar, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, müdafiə sənayesi və nəqliyyat bağlantıları üzrə yaradılmış işçi qrupları iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Bu istiqamətdə əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq tərəfdaş kimi etibarlılığını və geosiyasi əhəmiyyətini bir daha nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın İslam dünyasında oynadığı rol da vurğulanıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcək Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Hazırkı mürəkkəb beynəlxalq şəraitdə İslam dünyasında qarşılıqlı anlaşmanın, həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi xüsusi aktuallıq daşıyır.
Azərbaycanın beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi uğurlu fəaliyyət də Prezident İlham Əliyevin çıxışında qeyd edilib. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmizin nümayiş etdirdiyi balanslı və ədalətli siyasət, 120 üzv dövlət tərəfindən yekdilliklə dəstəklənməsi Azərbaycanın beynəlxalq etimad qazandığının göstəricisidir. Sədrlik müddətinin bütün üzv ölkələrin razılığı ilə uzadılması isə ölkəmizin diplomatik nüfuzunun mühüm göstəricilərindən biri olub.
Eləcə də COP29 çərçivəsində müxtəlif maraqlara və ziddiyyətli mövqelərə malik ölkələri ortaq qərarlar ətrafında birləşdirmək Azərbaycanın diplomatik imkanlarını və vasitəçilik bacarığını nümayiş etdirir. Məhz bu uğurlar Azərbaycanın konstruktiv yanaşmasının və nəticəyönümlü siyasətinin beynəlxalq aləmdə yüksək dəyərləndirildiyini bir daha təsdiqləyir.
Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri dialoqun təşviqidir. Ölkəmiz bütün platformalarda gərginliyin azaldılması, qarşılıqlı etimadın gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu yanaşma həm regionda, həm də qlobal miqyasda ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Şuşa artıq təkcə tarixi-mədəni irsin deyil, həm də beynəlxalq siyasi dialoqun, media əməkdaşlığının və qlobal fikir mübadiləsinin mühüm mərkəzlərindən birinə çevrilib. Burada vurğulanan mesajlar yalnız region üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi çıxış edən, regional sabitliyə, qlobal əməkdaşlığa və sivilizasiyalararası dialoqa mühüm töhfələr verən dövlət olduğunu bir daha nümayiş etdirir. Şuşa Qlobal Media Forumu isə bu baxımdan Azərbaycanın yumşaq güc siyasətinin, informasiya diplomatiyasının və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edən strateji platforma kimi öz əhəmiyyətini ildən-ilə artırmaqdadır.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-07-2026