Ərdoğan Pakistan ordusunun rəhbəri ilə Ankarada qapalı görüş keçirdi
Tarix: 14-07-2026 | Saat: 15:12
Bölmə:Özəl | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə Ankarada görüşüb.
Məlumata görə, görüş Ankara hava limanında baş tutub və mətbuat nümayəndələrinin iştirakı olmadan, qapalı formatda keçirilib.
Danışıqlarda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak ediblər.
Görüşün gündəliyi ilə bağlı rəsmi açıqlama verilməsə də, tərəflərin təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq və regional məsələləri müzakirə etdiyi ehtimal olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-07-2026