Azərbaycanın qətiyyətli və prinsipial siyasəti Şuşadan dünyaya bir daha bəyan olundu - Xanlar Fətiyev
Tarix: 15-07-2026 | Saat: 12:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

IV Şuşa Qlobal Media Forumu maraqlı müzakirələr, panel sessiyaları və interaktiv görüşlərlə yadda qaldı. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən Forumun yalnız respublikamızda deyil, qlobal səviyyədə böyük maraq doğuran hissəsi Prezident İlham Əliyevin iştirakçıların suallarını cavablandırması oldu. Prezident nüfuzlu media strukturlarının nümayəndələrinin və ekspertlərin suallarını cavablandırarkən Azərbaycanın müxtəlif məsələlərə dair siyasi baxışını təqdim etdi, ölkəmizin strateji prioritetlərini, regional və qlobal proseslərə yanaşmasını, sülh gündəliyini, beynəlxalq əməkdaşlıq istiqamətlərini, gələcək inkişaf hədəflərini dolğun şəkildə dünya ictimaiyyətinə çatdırdı.
Bu tədbir Azərbaycan Prezidentinin yüksək siyasi liderlik keyfiyyətlərinin növbəti təcəssümü oldu. Ünvanlanan sualların peşəkarlıqla, faktlara və beynəlxalq siyasi reallıqlara əsaslanan şəkildə cavablandırması dövlətimizin başçısının dərin siyasi-diplomatik erudisiyasını, geosiyasi prosesləri dəqiq təhlil etmək bacarığını bir daha qlobal auditoriyanın diqqətinə çatdırdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Forum iştirakçılarının suallarına verdiyi cavablar ilk gündən xarici medianın diqqət mərkəzindədir.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib.
O qeyd edib ki, Azərbaycanın uğurlarını, müasir qlobal siyasi-iqtisadi proseslərdəki iştirakını dünyaya çatdıran Şuşa Forumu artıq beynəlxalq status qazanıb. Foruma dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxslərin iştirakı da artıq bu tədbirin beynəlxalq media platforması olduğunu təsdiq edir. Ümumilikdə isə son dörd il ərzində 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirməsi Foruma olan böyük beynəlxalq maraqdan xəbər verir.
Şuşa Forumu həm də Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni siyasi dialoq və qlobal fikir mübadiləsi məkanı kimi çıxış edir. Ən əsası, bu tədbir Qarabağın əzəli Azərbaycan yurdu olduğunu, dövlətimizin işğaldan azad edilmiş ərazilərdəki quruculuq əzmini dünyaya bəyan edir. Bu baxımdan Şuşa Forumunun məqsəd və mahiyyəti ilə bağlı ən dolğun fikri Prezident İlham Əliyev ifadə edib.
“Prezident Forumda çoxsaylı sualların hər birinin cavabında Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasətini, beynəlxalq hüquqa söykənən mövqeyini, geosiyasi prioritetlərini, regional lider və qalib dövlət kimi formalaşdırdığı yeni reallıqları sistemli şəkildə şərh etdi. Dövlətimizin başçısının şərhləri, məsələlərə yanaşması, səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin prioritet prinsiplərinin dəyişməz qaldığını nümayiş etdirdi. Prezident Azərbaycanın Türkiyə ilə münasibətlərini tətbiq edilməli nümunə kimi dəyərləndirdi, Pakistan, Mərkəzi Asiya dövlətləri və digər dost ölkələrlə əlaqələrinin də dinamik inkişaf etdiyini diqqətə çatdırdı. Bu dövlətlərlə münasibətlər ortaq tarixi-mədəni dəyərlərə, qarşılıqlı siyasi etimada və strateji tərəfdaşlıqlara əsaslanmaqla yanaşı, regional əməkdaşlığın genişlənməsinə, Avrasiya məkanındakı iqtisadi bağlantıların inkişafına xidmət edir.
Azərbaycan beynəlxalq gündəmin formalaşmasında fəal iştirak edir
Dövlətimizin başçısı Azərbaycan-ABŞ münasibətlərinə də toxunaraq qeyd etdi ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bayden Administrasiyasının dövründəkindən fərqli olaraq bu gün Azərbaycan-ABŞ münasibətləri tamamilə konstruktiv məcrada və strateji əməkdaşlıq ruhunda inkişaf edir. Prezident İlham Əliyevin “Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik” fikri Bakı-Vaşinqton xəttinin strateji xarakterini dünyaya təqdim etdi”, - deyə Xanlar Fətiyev bildirib.
Onun sözlərinə görə, dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində qarşıdurmanı deyil, dialoqu və əməkdaşlığı təşviq edən, bütün tərəfdaşlarla bərabərhüquqlu münasibətlər qurmağa üstünlük verən müstəqil siyasi kurs həyata keçirir. Milli maraqların qorunması, strateji tərəfdaşlıqların genişləndirilməsi isə ölkəmizin xarici siyasətinin dəyişməz istiqamətləri olaraq qalır.
“Prezident İlham Əliyevin respublikamıza qarşı qərəzli mövqedə dayanan siyasi mərkəzlərlə bağlı fikirləri bütün anti-Azərbaycan dairələrə, o cümlədən, özünü müxalifət hesab edən qaragüruh qruplaşmalara verilən cavab idi. Bu gün əsasən Qərb ölkələrində fəaliyyət göstərən bu antimilli qruplaşmalar antiazərbaycançı şəbəkənin elementləri qismində Azərbaycanın uğurlarına kölgə salmağı qarşıya məqsəd qoyan, ölkəmizə böhtan atan fəaliyyətlə məşğuldurlar. Onların əsas havadarları isə dünya erməniliyinin əlində alətə çevrilən AŞPA və Avropa Parlamentidir. Bu təşkilatlar Azərbaycana qarşı qəbul etdikləri qərəzli və böhtançı qətnamələrdə məhz həmin antimilli qruplaşmaların ünsürlərinin göndərdiyi saxta hesabatlara əsaslanırlar”, - deyə deputat vurğulayıb.
O hesab edir ki, bu kimi amillər həm də Azərbaycanın regional aparıcı dövlət statusunu geridə qoyaraq orta güc kimi çıxış etməsinə yol açır. Bugünkü beynəlxalq münasibətlər sistemində orta güc anlayışı regional və qlobal əməkdaşlığa verilən töhfələrlə ölçülür. Azərbaycanın enerji və nəqliyyat dəhlizlərinin yaradılmasında, inkişafında oynadığı rol, mötəbər tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq təşkilatların işində fəal iştirakı ölkəmizin orta gücə çevrildiyini göstərən siyasi-iqtisadi amillərdir.
“Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı fikirləri Azərbaycan dövlətinin hər bir istiqamət üzrə yürütdüyü siyasətinin əsas konturlarını bir daha nümayiş etdirdi, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və möhkəmlənən mövqelərini əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlətimizin başçısının qeyd etdiyi hər bir məsələ təsdiqlədi ki, Azərbaycan beynəlxalq gündəmin formalaşmasında fəal iştirak edən dövlətlərdən biridir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər