Mobil versiya
Dronla vurulan gəminin azərbaycanlı kapitanı həlak olub
Tarix: 15-07-2026 | Saat: 13:52
Bölmə:Manşet / Gündəm | çapa göndər

Dronla vurulan gəminin azərbaycanlı kapitanı həlak olub

Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus içində 11 nəfər azərbaycanlı olan “Atlas Bey” mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Hücumdan sonra kapitan istisna olmaqla, digər ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb.

aia.az xəbər verir ki, “Dənizçilərin İctimai Birliyi”nin sədri İlham Nəsirov gəminin kapitanı Səməd Nəsrullayevin həlak olduğunu bildirib.

Birlik sədri öz vəzifə borcunu yerinə yetirərkən amansız hücumun qurbanı olan kapitanın yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də hücum barədə məlumat yayıb. Məlumatda xilas edilən ekipaj üzvlərinin vəziyyətinin qənaətbəxşt olduğu, kapitanın axtarışı istiqamətində tədbirlər görüldüyü qeyd edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-07-2026