Mobil versiya
Dubayda “Trump” qülləsi yaxınlığında partlayış olub? - Rəsmi açıqlama
Tarix: 16-07-2026 | Saat: 22:33
Bölmə:Dünya | çapa göndər

Dubayda “Trump” qülləsi yaxınlığında partlayış olub? - Rəsmi açıqlama


Dubay mərkəzində partlayış səslərinin eşidilməsi ilə bağlı yayılan məlumatlar rəsmi olaraq təkzib edilib.

“aia.az” xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata görə, şəhərin mərkəzində, o cümlədən “Trump International Hotel & Tower” yerləşən ərazidə güclü partlayış səsləri eşidilib.

Lakin hadisədən dərhal sonra Dubay hakimiyyəti şəhərin Dauntaun (Downtown) ərazisində hər hansı partlayışın baş verməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib. Dubay Hökumətinin Media Ofisi (GDMO) rəsmi bəyanat yayaraq bildirib ki, sözügedən xəbərlər tamamilə yalandır və faktları əks etdirmir. Rəsmi qurumlar əhalini və media nümayəndələrini yalnız rəsmi mənbələrə etibar etməyə, unifikasiya olunmamış şayiələri yaymaqdan çəkinməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampa məxsus BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərin (o cümlədən Dubaydakı “Trump” qülləsinin) qanuni hədəf olduğunu açıqlamışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2026