Mobil versiya
Kiyev Putin-Zelenski görüşünün Türkiyədə keçirilməsini təklif etdi
Tarix: 16-07-2026 | Saat: 18:13
Bölmə:Özəl | çapa göndər

Kiyev Putin-Zelenski görüşünün Türkiyədə keçirilməsini təklif etdi


Ukrayna Rusiya ilə birbaşa danışıqların davam etdirilməsinə və mümkün atəşkəs istiqamətində diplomatik səylərin artırılmasına hazır olduğunu bəyan edib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Prezident Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün Türkiyədə keçirilməsi təklif olunur.
Nazirin sözlərinə görə, Kiyev atəşkəs ideyasına açıqdır və hesab edir ki, dövlət başçıları səviyyəsində keçiriləcək birbaşa görüş sülh prosesinə yeni impuls verə bilər.
Sibiqa vurğulayıb ki, Türkiyə indiyədək Rusiya və Ukrayna arasında dialoq üçün mühüm platformalardan biri olub və gələcək danışıqlara da ev sahibliyi edə bilər.
Qeyd edək ki, Moskva tərəfi Ukraynanın bu təklifi ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2026